...

SOCAR şirkəti lay suları tullantılarının qarşısını almaq üçün tədbirlər görür

Energetika Materials 10 Mart 2009 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir E.İsmayılov /

SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ekoloji məsələlər üzrə vitse-prezidenti Muxtar Babayevin sözlərinə əsasən, qrunt sularının tullantısı nəticəsində çirklənmə həcmini azaltmaq məqsədi ilə SOCAR izolyasiya işlərini və bol sululuğu olan buruqların müvəqqəti konservasiyasını həyata keçirir. Bu işlər SOCAR-a məxsus "Azneft" İstehsalat Birliyinin hazırladığı plana əsasən aparılır.  

"Ekoloji tədbirlər ilk növbədə hazırki tullantıların qarşısını almağı, sonra isə bunun nəticəsində yaranmış tullantıların məhvini nəzərdə tutur," - Babayev deyib.  

SOCAR-ın həyata keçirdiyi ekoloji proqramlar neftlə çirklənmiş ərazilərin təmizlənməsi və rekultivasiyası ilə yanaşı, bir sıra başqa məsələləri də özündə birləşdirir. Əsasən də neft-qaz yataqlarının işlənməsi zamanı lay sularının utilizasiyası məsələsinin həllini xüsusi qeyd etmək lazımdır.

"Bu tip suların axmasının qarşısını almaq üçün biz onların utilizsiyasını və laylara ikiqat doldurulmasını həyata keçiririk. İşlərin əksəriyyəti görülüb, bir çox yataqlarda lay suları utilizasiya olunduqdan sonra yenidən laya doldurulub", - bir müddət öncə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirmişdi.  

Kompleks tədbirlər planına uyğun olaraq SOCAR şirkəti Azərbaycanın neft-qaz yataqlarında olan, ekoloji tələblərə cavab verməyən avadanlıqların yenisi ilə əvəzlənməsi və rekonstruksiyası işlərini aparır.

Babayevin sözlərinə əsasən, 2008-ci ildə başlanmış ekoloji tədbirlər bu il də davam etdirilir.

Azərbaycanda 18-i dənizdə, qalanları isə quruda olmaq şərti ilə 57 neft-qaz yatağı mövcuddur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti