...

"Şahdəniz" yatağında beşinci quyu martın sonunadək istismara veriləcək

Energetika Materials 17 Mart 2009 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir S.Əliyev /

"Şahdəniz" yatağında beşinci istismar quyusu cari ildə mart ayının sonunadək istismara veriləcək. Bu barədə Azərbaycanın neft-qaz sənayesindəki mənbə bildirib.

"Şahdəniz" yatağının işlənmə layihəsinin texniki operatoru olan BP şirkəti bu quyunun qazma işlərini başa çatdırıb. Quyunun dərinliyi 7100 metrdən çoxdur.

Beşinci quyu bu yataqdan qazılan bütün quyular arasında debitinə görə ən böyük quyu olmalıdır. Hazırda yerləşən dörd quyudan sutkada təqribən 22 mln. kubmetr qaz hasil edilir.

Azərbaycan hökumətnin proqnozlarına əsasən, bu il "Şahdəniz" yatağında hasilat həcmi əvvəllər proqnozlaşdırılan ən yüksək illik həcm - 8,6 mlrd. kubmetrə nisbətdə 9 mlrd. kubmetr qazı ötəcək. Sonrakı illərdə hasilat həcmi 9,6 mlrd. kubmetrədək artacaq. 

Azərbaycanda "Şahdəniz" qazkondensat yatağının işlənməsi üzrə birinci mərhələ çərçivəsində ümumi qaz hasilatı həcmi 180 mlrd. kubmetr qaz təşkil edəcək.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz.

Bu yataqda ümumi qaz ehtiyatları 1,2 trln. kubmetr qiymətləndirilir.

Qaz Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da onun alıcısı kimi çıxış edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti