...

"Nabukko" Aİ-nin prioritet layihələri sırasından çıxarılıb - mənbə

Energetika Materials 17 Mart 2009 14:20 (UTC +04:00)

"Nabukko" qaz kəmərinin tikintisi ayrıca olaraq Avropa İttifaqının sərf olunmamış büdcə vəsaitləri hesabına maliyyələşdirilən layihələrin siyahısından çıxarılıb. Bu barədə RİA NOVOSTİ-yə məlumat verilib. 

"Nabukko"nun maliyyələşdirilməsinə əvvəlcə 250 milyon avro ayrılması nəzərdə tutulsa da, sonradan bu rəqəm 50 milyona qədər azaldılmışdı.

"Hazırda "Nabukko" Avropanın şimalında bir sıra enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutan "Cənubi qaz dəhlizi"nə aiddir", - agentliyin müsahibi bildirib.

Aİ-yə üzv olan 27 dövlətin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüş ərəfəsində fikir ayrılıqları aradan qaldırılmamış qaldı və Avropa Komissiyasının və Aİ-yə sədrlik edən Çexiyanın Aİ-nin enerji təhlükəsizliyini təmin edəcək layihələrin, eləcə də "Nabukko"nun həyata keçirilməsinə ayrılmış 5 milyard avro dəyərində maliyyə stimulu paketinin ayrılması təklifi də qəbul edilmədi.

Xəbər lenti

Xəbər lenti