...

Azərbaycandakı axtarış quyusunun perspektivli dəniz strukturunda dərinliyi 6000 metr təşkil edir

Energetika Materials 30 Mart 2009 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir E.İsmayılov /

Böyük dəniz perspektivli "Abşeron" blokunda axtarış qazmaları 6500 metr dərinliyə kimi həyata keçiriləcək. Bu barədə bazar ertəsi neft-qaz bazarındakı mənbədən bildirilib. "Abşeron" strukturunun hazırlanması üzrə PSA tipli müqavilə fevralın 27-də SOCAR şirkəti ilə Fransanın Total şirkəti arasında imzalanıb.

"Bu quruluşda qazma 6500-6800 metr dərinliyə kimi həyata keçiriləcək, "ara svitası" bu quruluşda məhz bu dərinlikdə yerləşir", - deyə mənbədən bildirilib.

"Hər hansı bir işə başlanılması üçün hər şeydən öncə geofiziki kəşfiyyatlar aparılmalıdır", - deyə mənbə xəbər verir.

Üç il ərzində "Abşeron" blokunda 100 milyon dollar dəyərində axtarış quyusu qazılacaq. Bu barədə Bakıda Fransanın Total şirkətinin vitse-prezidenti İv Lui Darekarer bildirib.

Onun sözlərinə əsasən, sonrakı üç il ərzində isə iki axtarış quyusunun qazılması da mümkündür. "Abşeron"-çətin yataqdır, burada böyük risklər mövcuddur, bu kimi yataqlarda qazma Totalın strategiyasının bir hissəsidir.

Müqavilə üzrə SOCAR bu layihədə 40 faiz, Total isə 60 faiz paya sahibdir. Kəşfiyyat dövrü ərzində SOCAR pay hissəsinin maliyyələşdirilməsi Total tərəfindən həyata keçiriləcək. Gələcəkdə Totalın pay hissəsinin digər fransız şirkəti olan Gaz de France SUEZ-ə satılması mümkün ola bilər.

"Abşeron" bloku Bakıdan 100 km aralıda, suyun 500 metr dərinliyində yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti