...

Enerji sahəsində mövcud olan problemlər səylərin birləşdirilməsi yolu ilə həll edilə bilər - Azərbaycanın sənaye və energetika naziri

Energetika Materials 1 Aprel 2009 14:41 (UTC +04:00)
Enerji sahəsində mövcud olan problemlər səylərin birləşdirilməsi yolu ilə həll edilə bilər - Azərbaycanın sənaye və energetika naziri

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir А.Bədəlova /

"Enerji sahəsində mövcud olan problemlər səylərin birləşdirilməsi yolu ilə həll edilə bilər", - çərşənbə günü enerji, nəqliyyat və ətraf mühit məsələləri ilə bağlı Aİ-Azərbaycan Alt Komitəsinin dördüncü iclasında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

"Enerji sahəsində, xüsusilə neft bazarındakı problemlər yalnız ixrac edən, idxal edən və tranzit ölkələr arasında əməkdaşlığın hesabına həll oluna bilər", - Əliyev bildirib.  

Keçirilən iclasda müzakirə olunan əsas mövzular enerji, enerji təhlükəsizliyi və infrastrukturun (neft, qaz və elektrik enerjisi) inkişafı, ikinci enerji hesabatı da daxil olmaqla, Aİ-nin enerji sektorundakı durumla bağlıdır. Müzakirələr Azərbaycan və Aİ arasında tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilir.

Nazirin sözlərinə görə, dünya maliyyə-iqtisadi böhranı enerji sektorundakı problemləri daha da kəskinləşdirib.

"Bir çox ölkələrdə enerji layihələri dayandırılıb. Böhran hasilat həcminə də təsir edib", - Əliyev qeyd edib.

"Qısa müddətdə bizim ölkə qaz və elektrik enerjisi idxalçısından onun ixracatçısına çevrilib", - Əliyev vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizi karbohidrogenlərinin nəqli ilə bağlı məsələlər böyük əhəmiyyət kəsb edir. Bu sahədəki layihələrdən biri Odessa-Brodı neft kəməridir.

"Bugünkü prioritet məsələlərdən biri də alternativ, məsələn günəş, külək, biokütlə və nüvə enerjisi sahələrinin inkişafı ilə bağlıdır. Bərpa olunmayan enerji mənbələri bitdikcə, alternativ mənbələrin enerji balansındakı payı artacaq", - Əliyev deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti