Gürcüstan, Tbilisi, 02 aprel / Trend , müxbir N.Kirtsxalia /
Bu gün Tbilisidə GIOGIE 2009 - neft və qaz, energetika və infrastruktur konfransı öz işinə başlayacaq.
Gürcüstanın İqtisadiyyat Nazirliyindən Trend -un müxbirinə verilən məlumata görə, konfransında dünyanın müxtəlif ölkələrindən 200-dən çox nümayəndənin iştirakı gözlənilir.
Konfrans Gürcüstanın Energetika və İqtisadi İnkişaf nazirlikləri, həmçinin Neft və Qaz Korporasiyasının dəstəyi ilə keçirilir.
Konfrans bu il səkkizinci dəfə keçiriləcək və onun təşkilatçısı Britaniyanın "ITE Group PLC" şirkətidir.
Konfransı Gürcüstanın Baş naziri Nika Qilauri açıq elan edəcək.