...

Azərbaycanda İngiltərənin Rigmarine Europe Limited şirkətinin filialı açılıb

Energetika Materials 2 Aprel 2009 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel/ Trend , müxbir N.İsmayılova /

Azərbaycanda İngiltərənin Rigmarine Europe Limited şirkətinin filialı açılıb. Bu barədə Azərbaycanın Vergilər Nazirliyinin rəsmi saytının "Vahid pəncərə" bölməsində bildirilir.

Rigmarine Europe Limited martın 30-da vahid pəncərə prinsipi vasitəsilə qeydiyyata alınıb və onun Azərbaycanda təmsilçisi qismində Dilarə Rəhimova çıxış edir. Onun təsisçisi İngiltərənin Rigmarine Europe Limited şirkətidir.

Aberdində (Şotlandiya) təsis edilən Rigmarine Europe Limited sənaye avadanlıqları və dəniz gəmilərinin təmiri, xidməti və tədarükü üzrə ixtisaslaşıb.  

Xəbər lenti

Xəbər lenti