...

SOCAR Azərbaycanın daxili bazarında neft məhsullarının satış həcmini açıqlayıb

Energetika Materials 7 Aprel 2009 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend /

Yanvar-mart aylarında SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən Azərbaycanın daxili bazarında təqribən 43 min ton avtomobil benzini satılıb. Bu göstərici 2008-ci ilin yanvar-mart aylarında 54 min tondan çox olub.

Ümumilikdə 2008-ci ildə daxili bazarda 229,1 min ton avtomobil benzini satılıb.

Yanvar-martda daxili bazarda 67 min tondan çox dizel yanacağı satılıb ki, bu göstərici 2008-ci ilin analoji dövründə 92 min tona bərabər olub. Yanvar-martda kerosin satışı həcmi təqribən 7,7 min ton təşkil edib. Bu göstərici ötən ilin analoji dövründə 10 min tona bərabər odub. Bu dövr ərzində ölkənin daxili bazarında 5,2 min ton soba yanacağı satılıb. Bu göstərici 2008-ci ilin yanvar-mart aylarında 7 min tondan çox olub.

Azərbaycanın daxili bazarında neft məhsullarının ümumi satış cədvəli:

Neft məhsulları

2008-ci il yanvar-mart

2009-cu il yanvar-mart

Avtomobil benzini

54,266

42,974

Dizel yanacağı

92,344

67,130

Kerosin

10,029

7,686

Soba mazutu

7,146

5,241

Xəbər lenti

Xəbər lenti