...

Rusiya Xəzərdə qaz istehsalçılarına daha yaxşı qiymətlər təklif etməlidir – RF Qaz Cəmiyyətinin rəhbəri

Energetika Materials 21 Aprel 2009 17:37 (UTC +04:00)
Rusiya Xəzərdə qaz istehsalçılarına daha yaxşı qiymətlər təklif etməlidir – RF Qaz Cəmiyyətinin rəhbəri

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir İ.Braqina /

"Nabukko" boru kəməri üçün qaz tədarükçüsü qismində İran olmasa, layihənin perspektivliyi azalacaq. Bu barədə çərşənbə axşamı "Rusiyanın enerji maraqları və Nabukko qaz layihəsi" mövzusunda keçirilən mətbuat konfransında Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini, Rusiya Qaz Cəmiyyətinin prezidenti Valeri Yazev bildirib.

"Nabukko üçün qaz tədarükçüsü kimi İran mövzusu bağlanarsa, bu boru kəmərinin perspektivləri azalar", - deyə Yazev bildirib.

Dövlət Duması sədri müavininin sözlərinə görə, Rusiya Xəzəryanı regionda qaz istehsalçılarına daha yaxşı qiymətlər təklif etməli, xüsusilə də, Xəzəryanı boru kəməri layihələrini fəal inkişaf etdirməli, həmçinin paralel olaraq qərb tərəfdaşları ilə fəal iş aparmalıdır.

Yazev bildirib ki, Avropa "Şimal axını" qaz kəmərinin tikintisinin zəruriliyini dərk edir. Təkcə Baltikyanı ölkələr ekoloji səbəblərdən layihənin inkişafını dayandırmağa çalışırlar.

24-25 aprel tarixlərində Sofiyada keçiriləcək enerji konfransını şərh edən Yazev, Bolqarıstanda hər-hansı bir qərarın qəbul ediləcəyinin az ehtimal olunduğunu bildirib. Konfrans, onun fikrincə, fikir mübadiləsi, tərəflərin mövqe nümayişi mahiyyəti daşıyacaq.

"Obyektiv olaraq Avropa üçün bütün borular sərfəlidir, lakin avropalılar hər şeydən əvvəl məsələnin maliyyə hissəsini müəyən etməli olacaqlar. Cənub və Şimal axınları büdcə pulları tələb etmirsə, o cümlədən Avropa İttifaqından o zaman Nabukko üçün mütləq məqsədli maliyyə tələb olunacaq", - deyə Yazev qeyd edib.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]  

Xəbər lenti

Xəbər lenti