...

Azərbaycan EITI beynəlxalq idarəsinin iclasında iştirak edəcək

Energetika Materials 27 Aprel 2009 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) hasilat sahəsində şəffaflıq təşəbbüsünün (EITI) yeganə tamhüquqlü üzvü olaraq qalır. Bu hüquq ARDNF-ə 2009-cu ilin fevralında Qətərdə keçirilən EITI üzrə IV beynəlxalq konfransda verilib. Bu barədə neft fondunun icraçı direktoru, EITI üzrə dövlət komissiyasının sədri Şahmar Mövsümov deyib.

"May ayında Vaşinqtonda EITI beynəlxalq idarəsinin iclası keçiriləcək və mənim orada iştirakım gözlənilir", - Mövsümov deyib.

ARDNF-in tamhüquqlu üzv statusu Azərbaycana, ölkədə təşəbüsün həyata keçirilməsi prosesi Coffey International Development şirkəti tərəfindən qiymətləndirildikdən sonra verilib.

EITI beynəlxalq idarəsi təşəbbüsə qoşulan ölkələrdə onun tətbiqinin qiymətləndirilməsi üçün 7 beynəlxalq səviyyəli şirkət müəyyən edib - Coffey Int. Dev. Ltd., ECON, The IDL Group, Goldwyn Int Strategies, Hart Nurse Limited, Oxford Policy Management, PricewaterhouseCoopers i Accountability.

EITI-nin 2007-ci il sentyabrın 27-də Osloda keçirilən üçüncü iclasında Azərbaycan daxil olmaqla 15 ölkəyə namizəd statusu verilib. İdarə heyətinin qaydalarına əsasən, tamhüquqlu üzv olmaqdan ötrü ölkələrdə xüsusi qiymətləndirilmə aparılmalıdır. Azərbaycanda ilk qiymətləndirmə prosesinə 2008-ci ildə başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti