...

Bu il Azərbaycanın "Şahdəniz" yatağında qaz hasilatı 8% artacaq

Energetika Materials 8 May 2009 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend / 

2009-cu ildə "Şahdəniz" qazkondensat yatağında 2008-ci ilin 7,1 mlrd. kubmetr qazına nisbətdə 7,7 mlrd. kubmetr qaz, 1,8 mln. ton kondensatına nisbətdə isə 1,9 mln. ton kondensatın hasil edilməsi planlaşdırılır. Bu barədə BP şirkətinin (layihənin texniki operatoru) məlumatında bildirilir.

BP-dən bildiriblər ki, 2009-cu ildə "Şahdəniz" layihəsi üzrə istismar xərcləri 264 mln. dollar (2008-ci ildə 152 mln. dollar), kapital xərcləri isə 369 mln. dollar (471 mln. dollar) təşkil etməlidir.

2009-cu ilin birinci rübündə "Şahdəniz" layihəsi üzrə istismar xərcləri 35  mln. dollar, kapital xərcləri isə 87 mln. dollar təşkil edib. Yanvar-martda yataqdan iki mlrd. kubmetr qaz və 0,5 mln. ton kondensat hasil edilib.

Hazırda yataqda beş quyudan sutkalıq hasilat 22 mln. kubmetr qaz və 45 min barel kondensat təşkil edir. Hasilat növbəti bir neçə ildə platformadan qazılacaq yeni quyuların istifadəyə verilməsi hesabına artırılacaq.

"Şahdəniz" yatağının ümumi ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" layihəsində hasilatın pay bölgüsünə dair Sazişin iştirakçıları: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz.

Xəbər lenti

Xəbər lenti