...

"Nabukko" qaz kəməri çox rahat doldurulacaq – layihənin rəsmi nümayəndəsi

Energetika Materials 18 May 2009 18:21 (UTC +04:00)
"Nabukko" qaz kəməri çox rahat doldurulacaq – layihənin rəsmi nümayəndəsi

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir А.Bədəlova /

"İraq qazı digər mənbələrlə birlikdə Avropa bazarlarına qaz nəqlini nəzərdə tutan "Nabukko" kəmərinin doldurulmasına yetərincə yardımçı olacaq", - bazar ertəsi Trend -a elektron poçtla beynəlxalq layihələr və "Nabukko"nun OMV şirkətindəki nümayəndəsi Kristian Dolezal deyib. 

"Nabukko"nun səhmdarları olan Avstriyanın OMV və Macarıstanın MOL şirkəti İraqın şimalında qaz hasilatını artırmaq məqsədilə İraqın Pearl Petroleum qaz şirkətinin səhmlərinin 20 faizini alıb. Layihənin dəyəri 8 milyard dollar təşkil edir. Satıcılar qismində çıxış edən BƏƏ-nin "Dana Gas" və "Crescent Petroleum" şirkətləri Pearl Petroleum-da bərabər paylara malikdirlər.

Dolezalın sözlərinə görə, bu sövdələşmə "Nabukko" səhmdarlarının onun realizəsinə münasibətdə qətiyyətinə sübutdur.

Dolezal qeyd edib ki, qaz kəmərinin doldurulması məsələsi çox rahat həll ediləcək. Onun sözlərinə görə, "Nabukko" bir çox mənbəyə hesablanmış layihədir.

"Layihənin işlənməsi mərhələsi planlaşdırıldığı kimi davam edir, səhmdarlar isə alınmalarda uğur nümayiş etdirir", - Dolezal bildirib. 

Nümunə kimi Dolezal Almaniyanın RWE konserninin Türkmənistanla uzunmüddətli müqaviləsini göstərib. Aprelin ortalarında Türkmənistan və RWE arasında Xəzər dənizinin türkmən şelfinin işlənməsi və türkmən qazının Avropaya nəqli üzrə əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb.

"Azərbaycandan "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsindən əldə edilən böyük qaz həmcləri, eləcə də Misirdən alınacaq qazın hesabına "Nabukko" çox rahat doldurula bilər", - Dolezal əlavə edib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə strat veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti