...

Kuba Azərbaycana öz enerji layihələrində iştirak etmək təklifini edir

Energetika Materials 18 May 2009 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend /

Azərbaycan SSRİ vaxtında həyata keçirilən Kubaya neft avadanlığının təchizatını bərpa etmək istəyir. Bu barədə Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev Kubanın xarici işlər nazirinin iqtisadi əməkdaşlıq məsələləri üzrə müavini Rikkardo Herrero ilə görüş zamanı deyib, nazirliyin məlumatında bildirilib. 

Sabah Bakıda əməkdaşlıq üzrə Azərbaycan-Kuba hökümətlərarası komissiyasının ikinci iclası keçiriləcək.

Bundan əlavə, nazir qeyd edib ki, Azərbaycan neftçiləri Kubanın neft sənayesinin işində iştirak edə bilərlər.

Herreronun sözlərinə əsasən, Kuba il ərzində 4 milyon ton neft hasil edir və bu, ölkənin daxili tələbatının təxminən 50 faizini ödəyir. Herrero qeyd edib ki, Kubanın neft hasilatı sahəsində 11 əcnəbi şirkət fəaliyyət göstərir və Azərbaycan da bu prosesdə iştirak edə bilər.  

Herrero bildirib ki, onun ölkəsi Azərbaycana baxışdan keçirmək üçün enerji sahəsində əməkdaşlıqla bağlı layihə təklif edib. O, layihənin tez bir zamanda imzalanacağına ümid etdiyini bildirib. Sənəd imzalandıqdan sonra birgə işçi qrupu yaradıla bilər.

Kubalı nazir müavininin sözlərinə görə, hazırda Kubanın neft sənayesi sahəsində işləyən peşəkar kadrlar Bakıda təhsil alıblar. Herrero Kuba üçün Azərbaycanda kadr hazırlanması sferasında əməkdaşlığın davam etdirilməsi istəyini bildirib. 

Xəbər lenti

Xəbər lenti