...

Azərbaycan Parlamenti daha bir müqaviləni ratifikasiya edib

Energetika Materials 22 May 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir İ.Хəlilova /

Azərbaycan Parlamenti cümə günü Azərbaycanın SOCAR və Böyük Britaniyanın Caspian Energy Group şirkəti arasında "Gürovdağ" quru yatağının kəşfiyyat, işlənmə və bərpası üzrə müqaviləni ratifikasiya edib. Bu yataq Shirvan Oil əməliyyat şirkəti tərəfindən işlənilir.

Shirvan Oil-in xarici iştirakçıları ötən il BM-in PSA tipli müqaviləyə keçirilməsinə dair təklif ilə SOCAR-a müraciət edib.

Shirvan Oil BM 1997-ci il 1 sentyabr tarixindən fəaliyyətə başlayıb. "Gürovdağ" yatağını istismar edən BM-in iştirakçıları: SOCAR - 50 faiz və Britaniya Caspian Energy Group - 50 faiz.

Yatağın resursları 5,5 milyon ton həcmində qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti