...

Azərbaycanın SOCAR Trading şirkəti Sinqapurda ofisini açıb

Energetika Materials 26 May 2009 18:06 (UTC +04:00)
Azərbaycanın SOCAR Trading şirkəti Sinqapurda ofisini açıb

Azərbaycan, Bakı, 26 may / Trend /

Azərbaycanın SOCAR Trading şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi) Sinqapurda ofisini açıb ki, bu da şəxsi neft tədarükləri üzrə term müqavilələrinin təmin edilməsi ilə əlaqədardır. Bu barədə SOCAR Trading-in icraçı direktoru Valeri Qolovuşkinə istinadən "Reuters" yazır.

Qolovuşkin bildirib ki, SOCAR Trading ötən il Cenevrədə Avropa bazarlarına istiqamətlənən ilk baş ofisini açıb.

"Sinqapurda açılan ofis müqavilələrin inkişafı və Asiya şirkətləri ilə əməkdaşlıqla məşğul olacaq. Cənubi Koreyada anbarın inşası kimi loqistik imkanlar da vacibdir", - deyə Qolovuşkin əlavə edib.

Qolovuşkin SOCAR-ın Sinqapur ofisi üçün nə qədər işçi götürdüyünü açıqlamayıb.

"Biz hələ də komandamızın yaradılması prosesindəyik", - deyə Qolovuşkin vurğulayıb.

Qolovuşkinin sözlərinə görə, Sinqapurdakı ofis də Asiya şirkətləri ilə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsinə yönəldilib ki, bu da birgə müəssisələrin yaradılmasına gətirib çıxara bilər.

Bu gün SOCAR-ın Türkiyə, Ukrayna, Rumıniya, Qazaxıstan, Gürcüstan, Avstriya və Böyük Britaniyada nümayəndəlikləri var.

Xəbər lenti

Xəbər lenti