...

Bakıda MDB-nin Elektroenergetika Şurasının 35-ci iclası öz işinə başlayıb

Energetika Materials 29 May 2009 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir E.İsmayılov /

Bakıda MDB-nin Elektroenergetika Şurasının 35-ci iclası öz işinə başlayıb.

Görüş iştirakçıları 2008-2009-cu illərin payız-qış dövründə milli enerji sistemlərinin işinin yekunlarını müzakirə edəcəklər.

İclasda MDB-yə üzv dövlətlərin enerji sistemlərinin paralel işinin təmin edilməsi haqqında Müqavilənin icrası, MDB və Baltik ölkələrinin enerji sisemlərinin UCTE enerji birliyi ilə sinxron birləşdirilməsinin texniki-iqtisadi əsaslandırılama layihəsinin hazırlanması barədə məsələlərin nəzərdən keirilməsi planlaşdırılır.

İştirakçılar həmçinin energetika sahəsində MDB-nin iştirakçı dövlətlərinin əməkdaşlıq Konsepsiyası layihələrinin və onun reallaşdırılması üzrə tədbirlər Planının hzırlanması, təqsimçi hesablama texnologiyalarının reallaşdırılması və enerji sistemlərinin iş rejiminin planlaşdırılması üzrə pilot layihənin hazırlanması məsələlərini də nzərdən keçirəcəklər.

MDB-nin Elektroenergetika Şurası və onun iş orqanı olan İcra Komitəsi 1992-ci ilin fevral ayında Birliyin iştirakçı ölkələrinin hökumət rəhbərləri tərəfindən imzalanan MDB-nin elektroenergetika sahəsində dövlətlərarası münasibətlərin əlaqləndirilməsinə dair Müqaviləyə müfayiq olaraq formalaşdırılıb.

Xəbər lenti

Xəbər lenti