...

ABŞ Azərbaycandan neft ixracının artacağını proqnozlaşdırır

Energetika Materials 10 İyun 2009 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir A.Bədəlova /

ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA) 2009-cu ildə Azərbaycanın neft tədarükü həcmlərinin sutkada 0,19 mln. barel artaraq, 1,07 mlrd. barelə çatacağını proqnozlaşdırır. Bir müddət əvvəl EIA artımın sutkada 0,12 milyon barel olacağını proqnozlaşdırımışdı.

2010-cu ildə Azərbaycanın neft tədarükü həcmləri 0,16 mln. barel artaraq, sutkada 1,23 mln. barelə çatacaq.

EIA OPEK-ə daxil olmayan ölkələr tərəfindən 2009-cu ildə neft hasilatının 400 min barel artaraq, sutkada 50,15 mln. barelə çatacağını bildirib.

EIA-nın iyun məruzəsində bildirilir ki, Braziliya, ABŞ və Azərbaycanda neft hasilatının yüksək olması ilə Meksika, Şimal dənizi və Rusiyadakı azalma hiss olunmayacaq.

EIA OPEK-ə daxil olmayan ölkələr tərəfindən 2010-cu ildə neft hasilatının 0,2 mln. barel artaraq, sutkada 50,17 mln. barelə çatacağını proqnozlaşdırır.   

EİA 2010-cu ildə keçmiş Sovet İttifaqı ölkələri tərəfindən sutkada 13,09 mln. barel həcmdə neft hasilatı gözləyir ki, bu da 2009-cu ilin hasilatından sutkada 0,11 mln. barel çoxdur.

OPEK-ə daxil olmayan ölkələrin builki ümumi neft tədarükləri həcmindən sutkada 1,54 mln. barel Qazaxıstanın payına düşür. 2010-cu ildə EIA-nın proqnozlarına görə, ölkə tədarükləri 0,12 mln. barel artıraraq, sutkada 1,66 mln. barelə çatdıracaq.

2009-cu ildə Türkmənistanın tədarük həcmləri sutkada 0,2 mln. barel təşkil edəcək. 2010-cu ildə tədarük həcmləri proqnozlara əsasən eyni səviyyədə qalacaq.

EIA-nın proqnozlarına görə, OPEK-in neft hasilatı həcmləri 2009-cu ildə 2,79 mln. barel azalaraq, 28,49 mln. barelə çatacaq və 2010-cu ildə 0,29 mln. barel artaraq, sutkada 28,78 mln. barelə çatacaq. Bu ilin birinci rübündə OPEK-in (İraq da daxil olmaqla) neft hasilatı EIA-nın məlumatlarına əsasən, sutkada 28,7 mln. barel, ikinci rübdə 28,6 mln. barel təşkil edib.

Dövlət Enerji İnformasiyaları İdarəsi 1977-ci ildə Konqres tərəfindən yaradılan ABŞ-ın Enerji Departamentinin statistika agentliyidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti