...

Azərbaycan neftinin qiyməti azalıb

Energetika Materials 16 İyun 2009 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyun / Trend , müxbir A.Bədəlova/

Iyunun 15-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $69,63/barrel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $2,23/barrel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

SOCAR-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 15-də $68,49/barrel təşkil edib və bu, əvvəlki qiymətdən $2,33/barrel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 15-də $67,07/barrel təşkil edib və bu, əvvəlki qiymətdən $2,13/barrel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti iyunun 15-də $68,03/barrel təşkil edib. Bu, əvvəlki qiymətdən $1,90 /barrel azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti