...

ARDNŞ yeni neft kəmərinin çəkilməsinə hazırlaşır

Energetika Materials 19 İyun 2009 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun / Trend /

ARDNŞ "Neft daşları" dəniz yatağı ilə Dübəndi terminalı arasında yeni neft kəmərinin çəkilməsi üçün boru kəmərinin keçəcəyi bütün ərazidə dəniz dibinin tədqiqini həyata keçirib. Bu barədə ARDNŞ-ın məlumatında deyilir.

Dübəndi terminalına tranzit xammalla yanaşı, "Neft daşları" və "28 may" dəniz yataqlarında hasil edilən neft də tədarük edilir.

Bu ərazidə dəniz dibinin tədqiq edilməsini Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsinin (ARDNŞ-ın tərkibinə daxildir) "Geofizik -2" gəmisi həyata keçirib. Dəniz dibinin 1091 kilometrinin sonar fotoçəkilişi keçirilib, sualtı relyef tədqiq edilib, 438 uzunluqda batimetriya həyata keçirilib, 63 nöqtədən isə qrunt nümunələri götürülüb.

Layihə smeta sənədləşməsi üçün əldə olunan dəlil və məlumatlar Naft-Qaz Layihə İnstituna təqdim edilib.

Azərbaycanda 57 neft-qaz yatağı mövcuddur, onlardan 18-i dənizdə, qalanları isə quruda yerləşir. Hazırda ARDNŞ-ın əməkdaş ştatı 62 min nəfərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti