...

Türkmənistan neft emalını artırmağı planlaşdırır

Energetika Materials 24 İyun 2009 13:22 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 24 iyun / Trend , müxbir H.Həsənov /

Türkmənistan bu il ərzində neft emalını 1,4 faiz artıraraq, 7,3 milyon tona çatdırmağı planlaşdırır. 2008-ci ildə bu göstərici 7,2 milyon ton təşkil edib. Bu barədə Türkmənistanın rəsmi mənbələrindən bildirilib. Bu məqsədlər üçün Türkmənbaşı və Seydi şəhərlərindəki neft emalı müəssisələrinin gücündən istifadə olunur.  

Neftin əsas istehsalçısı Türkmən Neft Dövlət Konsernidir. Ölkədə mindən çox perspektivli neft və qaz strukturları aşkar olunub, xüsusilə Qərbi və Şərqi Türkmənistanda 150-dən çox yataq kəşf edilib. Onların üçdə biri istifadədir.

İyunun əvvəllərində "Türməndənizdəryaları" Dövlət İdarəsi Rusiyanın "Qırmızı Sormovo zavodu" Açıq Səhmdar Cəmiyyəti ilə neft və neft məhsullarının daşınması üçün çay-dəniz tipli 7 min tonyükgötürmə qabilliyyətli,  hər birinin məbləği 15,5 milyon dollar olan iki gəminin qurulması və alınması üzrə müqavilə imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti