...

Bakıda qaz istehlakı azalıb

Energetika Materials 29 İyun 2009 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend , müxbir E.İsmayılov /

"Bakıda qaz istehlakının orta həcmi sutkada 3,6 milyon kubmetr təşkil edir. Ayın əvvəlində bu rəqəm 4,5 milyon kubmetr olub", - bazar etəsi "Bakqaz" İstehsalat Birliyində tədarüklərə yaxın mənbə məlumat verib.

Yaz ayları ərzində istehlak hazırkı səviyyəyə qədər tədricən azalıb. Bu, yay fəslinin gəlişi ilə bağlı olub.

Mənbənin sözlərinə görə, yay dövründə şəhərdə sutkalıq qaz istehlakı 3,8-4,5 milyon kubmetr arasında dəyişir.

"Yanvar-may aylarında Bakının qaz sisteminə təqribən 1,4 mlrd. kubmetr məişət qazı verilib", - bir müddət əvvəl mənbə deyib.

Mayda paytaxtın qaz sisteminə təxminən 141 milyon kubmetr qaz verilib. Martda bu rəqəm 226 milyon kubmetr olub.

2008-ci ildə İB tərəfindən Bakının qaz sisteminə təqribən 2,45 mlrd. kubmetr qaz verilib.

Ötən il İstehsalat Birliyi şəhərin qaz sisteminə qaz verilişi üzrə mövsümi rejimdən (yay və qış mövsümləri) tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçıların tələbatı ilə müəyyən edilir. Mövsümi rejimin tətbiq edilməsi əhalinin əksəriyyətində qaz sayğaclarının olmaması ilə bağlı idi ki, bunun nəticəsində də əhali qazdan səmərəsiz istifadə edirdi. Hazırda Bakı qaz şəbəkəsi abunəçilərinin 100 faizi sayğacla təmin edilib. Əvvəlki illərdə İstehsal Birliyi aprelin ortalarında yay iş rejiminə keçirdi. Bu dövrdə abunəçilərə qaz verilişi qış mövsümü ilə müqayisədə azaldılırdı. Qış dövrünə keçid noyabrın 15-dən həyata keçirilirdi. Yay mövsümündə sutkalıq qaz verilişi 3-4 mln. kubmetr, qışda isə 10-13 mln. kubmetr təşkil edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti