...

İraqın neft siyasəti düzgün deyil - sabiq Baş nazir

Energetika Materials 7 İyul 2009 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir R.Rəhimov /

"İraq hökumətinin neft yataqları ilə bağlı həyata keçirdiyi siyasət yanlış və uğursuzdur", - Trend -a elektron poçtla müsahibəsində İraqın sabiq Baş naziri İyyad Əllavi deyib.

"Təəssüf ki, İraqın bu məsələdə konkret strategiyası yoxdur", - Əllavi bildirib.

İraqda indiyə qədər neft haqqında qanun yoxdur. Bu da xarici şirkətlərlə bağlanmış müqavilələrin şərtlərinin yerinə yetiriləcəyinə ciddi şübhə doğurur. İraq Parlamentinin deputatı və neft-qaz üzrə komitənin üzvü Nurəddin əl-Xəyalinin sözlərinə görə, hazırkı qanunvericilik neft nazirinə parlamentlə ilkin məsləhətləşmələr olmadan müqavilə imzalamaq hüququ vermir.

"İstismar olunan neft yataqlarının ölkənin milli sərvəti kimi İraqın milli şirkətində qalması vacibdir", - Əllavi deyib.

Onun sözlərinə görə, istismar edilməyən yataqlarda neft hasilatına başlamaq üçün lazımi sərmayə və texnologiyaların cəlbi edilməsi ilə bağlı aydın siyasət aparılmalıdır.
 
"Milli neft şirkətinin yaradılması haqqında qanunun hazırlanmasına başlanan zaman nazirliyin heyəti dəyişdirildi", - sabiq Baş nazir deyib.

"Məndən sonra gələn nazirlər buna etinasız qaldılar və İraq neft şirkətinin yaradılması üçün milli qanun üzərində işləmədilər", - Əllavi qeyd edib.

Ötən həftənin əvvəlində İraq son 30 ildə ilk dəfə xarici sərmayədarların cəlbi və karbohidrogenlərin hasilat həcminin artırılması üçün ölkənin ən böyük neft və qaz yataqlarının işlənməsinə beynəlxalq tender elan edib. 17 milyard barel ehtiyatı olan "Rumayla" yatağının işlənməsi müqaviləsi Böyük Britaniyanın BP şirkətinin başçılıq etdiyi konsorsiuma verilib. İraq tərəfinin digər yataqlar üzrə təklif etdiyi şərtlər qalan beynəlxalq şirkətləri qane etməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti