...

SOCAR-ın Geofizika və geologiya idarəsi Türkmənistanın Xəzər sektorunda iş aparacaq

Energetika Materials 9 İyul 2009 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend /

SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Geologiya və geofizika idarəsi "Lökbatan-Puta-Quşxana" ərazisində ikiölçülü seysmik araşdırmaları (2D) başa çatdırıb. Bu barədə SOCAR-dan bildirilib. Araşdırmalar zamanı ərazidə məhsuldar təbəqələr və yataqların tektonik quruluşu öyrənilib. Hazırda alınmış məlumatların işlənməsi və interpretasiyası aparılır.

İdarə həmçinin "Bahar-2" platformasında üçölçülü seysmik araşdırmaların aparılması üçün təchizatı başa çatdırıb. Həmçinin işin həyata keçirilməsi planlaşdırılan "Bakı" və "Geofizik-1" gəmilərinin təmiri başa çatdırılıb.

Artıq SOCAR "Ümid 1" platformasında son illər ərzində ilk dəfə, eyniadlı perspektiv dəniz strukturunda kəşfiyyat qazma işlərinin həyata keçiriləcəyi gözlənilən "TUCKER" şirkətinin (ABŞ) avadanlıqlarını yerləşdirib.

İyunda şirkətin Geofizika və geoligiya idarəsi Xəzərin Türkmənistan sektorunda "LAM-B" və "Jdanov bankı" ərazisində iş həyata keçirib. Hazırda "Jdanov bankı" sahəsində işi davam etdirmək üçün hazırlıq gedir.

Şirkətin başqa iki gəmisi - "M.Süleymanov" və "Geofizik-2" Xəzərin Azərbaycan sektorunda "Xəzri", "Gilavar" və "Bulla-dəniz" sahələrində işə cəlb olunub.  

Xəbər lenti

Xəbər lenti