...

Aktau ticarət limanı neftdaşıma yüklərinin boşaldılıb yüklənməsini artırıb

Energetika Materials 21 İyul 2009 13:12 (UTC +04:00)
Yanvar-iyun aylarında Aktau Beynəlxalq Dəniz Ticarət Limanı (ABDTL) 5,5 milyon tondan çox neftdaşıma yükləri daşıyıb. Yanvar-may aylarında bu göstərici 4,4 milyondan çox olub.

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir E. İsmayılov /

Yanvar-iyun aylarında Aktau Beynəlxalq Dəniz Ticarət Limanı (ABDTL) 5,5 milyon tondan çox neftdaşıma yükləri daşıyıb. Yanvar-may aylarında bu göstərici 4,4 milyondan çox olub. Bu barədə limandan verilən məlumatda deyilir.

İyunda ABDTL təxminən 1,1 milyon ton neftdaşıma yükləri daşıyıb. Mayda bu rəqəm 860,4 min ton olub.

Quru yüklər may-iyundakı 770,5 min tonla, yanvar-iyun aylarında bir milyon ton həcmində daşınıb.

ABDTL-in boşaldıb yükləməsinin ümumi həcmi ilk yarımildə 6,6 milyon ton quru və neftdaşıma yükləri təşkil edib. İyunda bu göstərici 1,3 milyon tondan çox olub.

İlk yarımil ərzində Aktau limanında 963 gəmi işlədilib.

Hazırda Xəzər dənizində altı beynəlxalq dəniz limanı var - Bakı (Azərbaycan), Həştərxan (Rusiya), Türkmənbaşı (Türkmənistan), Aktau (Qazaxıstan), Ənzəli və Neka (İran)

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti