Azadeqan yatağının işlənməsi üzrə plana əsasən, Cənub yataqlarının işlənməsi üzrə Milli İran Şirkəti (NISOC) iki neft quyusunun qazılmasına başlanılması barədə qərar qəbul edib, İranın Shana agentliyi xəbər verir.
Bu mərhələ əvvəlki mərhələdə planlaşdırılan səkkiz quyunun qazılması işləri tamamlandıqdan sonra həyata keçiriləcək.
Azadeqan yatağının istismarına 2007-ci ildə start verilib. İlk öncə yatağın məhsuldarlığı gündə 20 min barel təşkil edib. (NISOC) birinci mərhələ zamanı məhsuldarlığı gündə 30 min barelə çatdırmağı planlaşdırıb.
Layihənin bu mərhələsinin həyata keçirilməsi üçün 2008-ci ildə beş neft quyusu qazılıb. Bu il daha beş quyu qazılacaq.