...

Azərbaycanın karbohidrogen tədarükündəki rolu olduqca vacibdir - amerikalı diplomat

Energetika Materials 27 Avqust 2009 11:30 (UTC +04:00)

Qazaxıstan, Astana, 26 avqust / Trend , müxbir K.Konırova /

"Azərbaycanın enerji daşıyıcılarının Xəzər dənizi regionundan dünya bazarlarına alternativ tədarük marşrutlarının təminatındakı rolu ən əsas və ən vaciblərdən biridir", - çərşənbə günü Trend -ın xüsusi müxbirinə, Astanada ABŞ Dövlət Departamentinin Avrasiya energetikası üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar deyib.

"Birincisi, Azərbaycan öz resurslarına malik və onları Türkiyə və Avropaya tədarük edən ölkədir. Bununla yanaşı, o tranzit ölkədir, ərazisindən Qazaxıstan və Türkmənistandan Xəzər dənizi vasitəsilə neft nəql edilir", - Morninqstar bildirib.

"Qeyd etmək istərdim ki, biz Azərbaycan, Gürcüstan və Türkiyədən keçən nəqliyyat yollarının karbohidrogenlərin nəqli üçün etibarlı və təhlükəsiz olacağına əminik. Təbii ki, təhlükəsizlik məsələləri çox vacibdir və regionun infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək lazımdır. Öz növbəsində ABŞ və digər ölkələr bu layihələri tam dəstəkləyəcəklər", - ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi deyib.

"Onu da əlavə edim ki, Azərbaycan, Gürcüstan və Türkiyədəki bütün boru kəmərləri əvvəlcədən onların təhlükəsizliyinin təminatı nəzərə alınaraq tikilib", - Morninqstar qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti