...

BASF dünyanın bütün regionlarında karbonatlı məhsulların qiymətini artırır

Energetika Materials 28 Avqust 2009 12:51 (UTC +04:00)
BASF konserni dünyanın bütün regionlarında karbonatlı məhsulların qiymətini artırır və qiymətlərin artırılması haqqında qərar təcili surətdə qüvvəyə minir (və ya müqavilənin şərtlərinə müvafiq olan tarxidən), bu barədə BASF-ın Bakı ofisinin cümə axşamı yayılmış məlumatında deyilir. BASF aşağıdakı adda karbonatlı məhsulların qimyətlərini artırır: S etilen karbonat, S propilen karbonat, karbonatlı qarışıq (Mix 50), karbonatlı qarışıq (Mix 60).
BASF dünyanın bütün regionlarında karbonatlı məhsulların qiymətini artırır

Azərbaycan, Bakı, 28 avqust / Trend /

BASF konserni dünyanın bütün regionlarında karbonatlı məhsulların qiymətini artırır və qiymətlərin artırılması haqqında qərar təcili surətdə qüvvəyə minir (və ya müqavilənin şərtlərinə müvafiq olan tarxidən), bu barədə BASF-ın Bakı ofisinin cümə axşamı yayılmış məlumatında deyilir. BASF aşağıdakı adda karbonatlı məhsulların qimyətlərini artırır: S etilen karbonat, S propilen karbonat, karbonatlı qarışıq (Mix 50), karbonatlı qarışıq (Mix 60).

Artırma Avropaya tədarükün hər metrika tonu üçün 100 avroya kimi, Şimali Amerika və Asiyaya tədarükün hər metrika tonu üçün 100 dollar (və ya yerli valyutada ekvivalenti) təşkil edir.

Qiymətlərin sözügedən düzəlişi BASF-ın xammal materilları xərclərinin artması şəraitində dünyanın müxtəlif ölkələrindən sifraişçilərə tədarük edilən məhsulların və xidmətlərin ən yükəsk keyfiyyətinin təmin edilməsi üzrə daimi qüvvədə olan proqramının həyata keçirilməsi planında çox vacibdir, məlumatda deyilir.

Karbonatlar tökmə istehsalatında, həmçinin örtüklərin tərkibində sürtkü materiallarının və poliuretan məhsullarının hazırlanmasında istifadə edilən kimyəvi məhsullardır.

BASF konserni Lüdviqsxafendə (Almaniya) sənaye kompleksinin tərkibinə daxil olan sənaye qurğularında yuxarıda sadalanan karbonatların istehsalını həyata keçirir.

BASF -The Chemical Company kimya sahəsində dünya lideridir. Konsernin təklif portfelinə neft və təbii qaz, həmçinin kimyəvi preparat, plastik kütlə, xüsusi kimyəvi preparatlar, kənd təsərrrüfatı məhsulları və zərif kimya məhsulları daxildir. BASF etibarlı tərəfdaşdır və müxtəlif sahələrdə öz fəaliyyətini həyata keçirən şirkətlərin uğurlarına yardım edir.

Konsernin satışlarının həcmi 2008-ci ildə 62 milyard avronu ötüb, BASF-ın əməkdaşlarının ümumi sayı isə (2008-ci ilin sonunda) 97 min nəfər təşkil edib. BASF-ın səhmləri Franfurtun (BAS), London (BFA) və Sürix (AN) fond birjalarında qiymətləşir.

Azərbaycanda 2006-cı ildən etibarən tikinti sektoru üçün kimya məhsulları istehsalında ixtisaslaşan BASF Caspian YKS zavodu fəaliyyət göstərir. O, Azərbaycanın Turquoise (BASF-ın rəsmi distribyutoru və Azərbaycanda tərəfdaşı) şirkətinin 20 faizlik iştirakı və Amaniyanın BASF şirkətinin 80 faizlik iştirakı ilə yaradılıb.

2003-cü ildən Turquoise şirkəti BASF məhsullarını Azərbaycana tədürük edib, lakin ölkənin tikinti materiallarında potensialını nəzərə alaraq BASF ölkədə yeni zavod yaratmqa qərarına gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti