...

"Nabukko" layihəsi konsorsiumu bu il ətraflı injinirinqin nəticələrini gözləyir

Energetika Materials 3 Sentyabr 2009 10:58 (UTC +04:00)
"Nabukko" layihəsi konsorsiumu bu il ətraflı injinirinqin nəticələrini gözləyir

Azərbaycan, Bakı, 02 avqust / Trend , müxbir A.Bədəlova /

"Nabukko" qaz kəmərinin ətraflı texniki injinirinqinin nəticələri bu il məlum olacaq, OMV şirkətinin beynəlxalq layihələr və "Nabukko" layihəsinin nümayəndəsi, eyni zamanda layihənin operatoru Kristian Dolezal bildirib.

"Hazırda layihənin iştirakçısı olan tranzit ölkələrdə ətraflı injinirinq davam edir və biz yaxın aylarda nəticələrin alınmasını gözləyirik", - Trend -a elektron poçtla Dolezal bildirib.

"Nabukko" qaz kəməri layihəsi bu ilin may ayında ətraflı texniki injinirinq mərhələsinə çıxıb. Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyədə injinirinq üzrə qiymətləndirmə və boru kəməri marşrutunun texniki detallarını öyrənməsi ilə məşğul olan beş lokal subpodratçı müəyyən olunub. "Nabukko" boru kəmərinin inşasının ətraflı texniki planının hazırlanmasını Britaniyanın Penspen şirkəti həyata keçirir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Xəzər regionundan və Yaxın Şərqdən Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Ətraflı injinirinq zamanı əldə olunacaq nəticələr layihənin təsdiqlənməsi və qaz tədarükçüləri ilə danışıqlar üçün əsas olacaq. İnjinirinq ətraf və sosial mühitə təsirin qiymətləndirilməsi prosesinin vacib hissəsidir.

Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək.

Nabucco Gas Pipeline International-ın məlumatlarında deyildiyi kimi, qaz kəmərinin inşası iki əsas mərhələdə həyata keçiriləcək. Tikintinin birinci mərhələsi Türkiyə sərhədindən başlayan və Avstriyanın Baumqarten şəhərinə kimi (2011) 2 min kilometr uzanan yeni boru kəmərinin çəkilməsini nəzərdə tutur. İkinci mərhələyə boru kəmərinin (2014-2015) Türkiyə və Gürcüstan sərhədində, həmçinin Türkiyə və İran sərhədlərində qalan hissəsinin inşası daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti