...

OPEK Azərbaycanda neft hasilatı üzrə proqnozu artırıb

Energetika Materials 18 Sentyabr 2009 12:02 (UTC +04:00)
OPEK-in proqnozuna görə, keçmiş Sovet İttifaqı ölkələrinin bu il neft hasilatının həcmi sutkada 0,23 milyon barel artaraq 12,79 milyon barelə çatıb ki, bu da əvvəl proqnozlaşdırılmış göstəricidən 71 min barel çoxdur. OPEK-in neft bazarı üzrə sentyabr məlumatında deyildiyi kimi, bu artımda əsas rol indiyədək Azərbaycana məxsusdur.
OPEK Azərbaycanda neft hasilatı üzrə proqnozu artırıb

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir A.Bədəlova /

OPEK-in proqnozuna görə, keçmiş Sovet İttifaqı ölkələrinin bu il neft hasilatının həcmi sutkada 0,23 milyon barel artaraq 12,79 milyon barelə çatıb ki, bu da əvvəl proqnozlaşdırılmış göstəricidən 71 min barel çoxdur. OPEK-in neft bazarı üzrə sentyabr məlumatında deyildiyi kimi, bu artımda əsas rol indiyədək Azərbaycana məxsusdur.

OPEK-in proqnozuna görə, Azərrbaycanda 2009-cu ildə neft hasilatı sutkada 0,11 milyon barel artaraq, 1,01 milyon barel olub ki, bu da keçən ay proqnozlaşdırılmış göstəricidən 20 min barel çoxdur.

Məlumatda deyildiyi kimi, proqnozun dəyişilməsinə səbəb "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan yüngül neft tədarükü həcminin artması ilə əlaqədardır.

Bu ilin dördüncü rübündə OPEK Azərbaycanın neft tədarükü həcmini sutkada 1,05 milyon barel səviyyəsində proqnozlaşdırır.

OPEK-ə daxil olmayan ölkələrin neft tədarükü həcmi proqnoza görə, sutkada 0,34 milyon barel artaraq 50,81 milyon barelə çatıb.

2010-cu ildə bu ölkələrə neft tədarükü sutkada 0,42 milyon barel artaraq, sutkada 51,22 milyon barelə çatıb ki, bu da OPEK-in ötən aydakı proqnozundan 55 min barel çoxdur.

Azərbaycanın neft tədarükü həcmi, OPEK-in proqnozuna görə, 2010-cu ildə 1,14 milyon barel təşkil edəcək ki, bu da 2009-cu ildən sutkada 0,12 milyon barel çoxdur. Gələn ilin birinci rübündə ölkədən neft tədarükünün həcmi sutkada 1,07 milyon barel, ikinci rübdə 1,11 milyon barel, üçüncü rübdə 1,15 milyon barel, dördüncü rübdə isə sutkada 1,21 milyon barel təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti