Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir A.Bədəlova/
Dünyada ən iri banklardan biri olan Amerikanın JPMorgan bankının proqnozuna görə, Şimali Amerikada Henry Hub bazisində 2009-cu ildə qazın orta qiymətləri min kub metrə görə 154,4 dollar, bankın əvvəlki proqnoz göstəricisi isə 166,1 dollar olub.
Bankın aylıq məruzəsinə görə, bu ilin dördüncü rübündə qazın orta qiyməti min kubmetrə görə 183,8 dollaradək artacaq. Üçüncü rübdə bu göstərici 128,7 dollar olub. Bu rəqəmlər bankın əvvəllər proqnozlaşdırdığı rəqəmlərdən aşağıdır.
2010-cu ilə proqnozlaşdırılan qazın orta qiyməti dəyişməz olaraq qalıb. Qazın 1 barelinin proqnoz qiyməti 218,3 dollardır.
Qazın maksimal qiyməti gələn ilin dördüncü rübündə min kubmetrə görə 238,9 dollar, minimal qiyməti isə ikinci rübdə 202,2 dollar müşahidə ediləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]