...

"Nabukko" boru kəməri heç zaman Ermənistan ərazisindən keçməyəcək - Macarıstanın xüsusi nümayəndəsi

Energetika Materials 6 Oktyabr 2009 16:39 (UTC +04:00)
"Nabukko" boru kəməri heç zaman Ermənistan ərazisindən keçməyəcək", - Macarıstanın "Nabukko" layihəsi üzrə xüsusi nümayəndəsi Mihali Bayer belə deyib.
"Nabukko" boru kəməri heç zaman Ermənistan ərazisindən keçməyəcək - Macarıstanın xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir A.Bədəlova/

"Nabukko" boru kəməri heç zaman Ermənistan ərazisindən keçməyəcək", - Macarıstanın "Nabukko" layihəsi üzrə xüsusi nümayəndəsi Mihali Bayer belə deyib.

"Mən düşünmürəm ki, "Nabukko" layihəsinin səhmdarları boru kəməri marşrutunun konsepsiyasını dəyişsinlər", - Bayer çərşənbə axşamı Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindəki çıxışı zamanı deyib.

Enerji üzrə Avropa komissarı Andris Piebalqs Ermənistanın bu layihədə iştirak etməyəcəyini bəyan edib. Onun sözlərinə görə, Ermənistanın layihədə iştirakı ilə əlaqəli danışıqlar aparılmır. Onun adı iştirakçı ölkələr siyahısında yoxdur.

Bayerin dediyi kimi, Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum boru kəməri üzrə nəql ediləcək. Hazırda bu boru kəməri ilə Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstan və Türkiyəyə yanacaq ixrac edilir.

"Nabukko" layihəsinə daha çox qaz tələb olunduğu və Cənubi Qafqaz boru kəmərinin bu həcmdə qazı təmin edə biməyəcəyi təqdirdə, mən əminəm ki, şirkət yeni boru kəməri tikə biləcək", - Bayer belə deyib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti