...

Yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərilə 25 milyon tondan artıq Azərbaycan nefti nəql olunub

Energetika Materials 9 Oktyabr 2009 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend /

ARDNŞ-dən cümə günü verilən məlumata əsasən, yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərilə 27.3 milyon tona qədər Azərbaycan nefti nəql olunub. Oktyabrın 1-nə olan məlumata əsasən, boru kəməri işə düşdüyü gündən 97.6 milyon ton neft nəql olunub.

Sentyabrda bu kəmər vasitəsilə üç milyon ton Azərbaycan nefti nəql olunub.

Yanvar-sentyabr aylarında Türkiyənin Ceyhan limanından dünya bazarına 27,4 milyon ton Azərbaycan nefti nəql edilib. Oktyabrın 1-nə olan məlumata görə, BTC boru kəməri işə düşdüyü gündən Ceyhan limanından dünya bazarına 96 milyon ton Azərbaycan nefti nəql edilib.

Sentyabrda bu göstərici üç milyon ton olub.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC-nin tikintisi dörd milyard dollara başa gəlib. Ümumi maliyyə krediti 20.6 milyard dollar təşkil edir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz); Total (5 faiz); Itochu (3,40 faiz); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti