...

Azərbaycan yeni tanker alıb

Energetika Materials 9 Oktyabr 2009 18:42 (UTC +04:00)
Azərbaycanın Dövlət Komissiyası Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Rusiyanın "Qırmızı Sarmova" gəmiqayırma zavodunda inşa edilən yeni "Şuşa" adlı tankeri qəbul edib. Gələn həftənin ortalarında onun istismara verilməsi mərasiminin keçirilməsi planlaşdırılır.
Azərbaycan yeni tanker alıb

Azərbaycan, Bakı, 09 oktyabr / Trend /

Azərbaycanın Dövlət Komissiyası Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sifarişi ilə Rusiyanın "Qırmızı Sarmova" gəmiqayırma zavodunda inşa edilən yeni "Şuşa" adlı tankeri qəbul edib. Gələn həftənin ortalarında onun istismara verilməsi mərasiminin keçirilməsi planlaşdırılır. Bu barədə cümə günü ADXDG-dən deyilib.

ADXDG ilə bu gəminin əldə edilməsinə dair müqavilə 2008-ci ilin iyun ayında imzalanıb. 2009-cu ilin iyun ayında isə tanker suya buraxılıb. Gəmi sifarişçiyə senytabrın ortalarında rəsmən təhvil verilib. Müqavilənin şərtlərinə görə, tədarük müddəti 2009-cu ilin sonudur.

19619 layihəli tanker çay-dəniz sinfinə aiddir, neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub. Tankerin uzunluğu 150 metr, eni 17,30 metr, bortun hündürlüyü 10,5 metr, dedveyti isə 13 min tondan artıqdır. Gəminin üzmə muxtariyyəti 20 sutka təşkil edir. Bu, Xəzərdə istismar edilən ən iri neftdaşıyan gəmidir.

Tankerlərin korpus konstruksiyası onların qəzasız istismarına tam zəmanət verir. Regionun bütün ekoloji şərtləri yerinə yetirilib. Ətraf mühitin çirklənməsinin qarşısının alınması üzrə Beynəlxalq Konvensiyanın bütün şərtlərinə cavab verməsi tankerin Qərbi Avropa dənizlərinin "xüsusi rayonlarında" istismarına imkan verir.

"Qırmızı Sarmova"da ADXDG üçün 19619 layihəli 7 tanker inşa edilib: "Prezident Heydər Əliyev", Babək", Şah İsmayıl Xətai", "Koroğlu", "Dədə Qorqud", Zəngəzur" və "Şuşa". ADXDG ilə 13 minlik tankerlər üzrə ilk müqavilə 2002-ci ildə bağlanıb. Altıncı tanker olan "Zəngəzur" tankeri İngiltərə Kral Cəmiyyətinin gəmi mühəndislərinin 2008-ci ilin əhəmiyyətli gəmiləri siyahısına daxil olub.

XDG əsasən neft və neft məhsullarının üstünlük təşkil etdiyi yüklərin daşınmasını həyata keçirir. Üzmə rayonları: Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Mərmərə dənizi. Xəzər Dəniz Gəmiçiliyinin Qara dəniz-Azov hövzəsində işləyən gəmiləri xarici fraxtçıların yüklərini Avropa, Yaxın Şərq və Şimali Afrika limanlarına çatdırır.

DNQ layihələri qrupu gəmiqayırma sahəsində layihələrin idarə edilməsini həyata keçirir. Qrupa daxildir: "Qırmızı Sarmovo" zavodu, "Volqoqrad" gəmiqayırma zavodu, həmçinin "Sarmovo" maşınqayırma və "Volqoqrad" xüsusi maşınqayırma zavodları.

Xəbər lenti

Xəbər lenti