...

Sənaye Nazirliyi Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə Agentliyə dair təkliflər layihəsi hazırlayıb

Energetika Materials 12 Oktyabr 2009 12:35 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyi alternativ və bərpa olunan enerji mənbələri üzrə Agentliyə dair təkliflər layihəsi hazırlayaraq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edib. Bu barədə bazar ertəsi sənaye və energetika nazirinin müavini Gülmirzə Cavadov bildirib.
Sənaye Nazirliyi Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri üzrə Agentliyə dair təkliflər layihəsi hazırlayıb

Bakı, Azərbaycan, 12 oktyabr / Trend , E.İsmayılov/

Sənaye və Energetika Nazirliyi alternativ və bərpa olunan enerji mənbələri üzrə Agentliyə dair təkliflər layihəsi hazırlayaraq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edib. Bu barədə bazar ertəsi sənaye və energetika nazirinin müavini Gülmirzə Cavadov bildirib.

"Əsasnamə artıq hazırlanıb və Prezident Administrasiyasına təqdim edilib", - Cavadov Bakıda keçirilən xüsusi konfransda bildirib.

Onun sözlərinə əsasən, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük imkanlar mövcuddur. "Bu sahənin inkişafı üçün xarici sərmayədarlar üçün bütün imkanlar yaradılmalıdır", - nazir müavini bildirib.

ATƏT-in Bakı ofisinin başçısı Bilgə Cankorel konfransın açılışında bildirib ki, ATƏT alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində dəstək göstərməyə hər zaman hazırdır.

Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndəsi Andreas Obersteller bildirib ki, Aİ ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanacaq. Memorandum alternativ və bərpa olunan enerji mənbələri sahəsində menecment prinsipləri üzrə kursların keçirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti