Ukrayna, Kiyev, 12 oktyabr / Trend , müxbir Z.Novosvitski/
Bazar ertəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndəliyinin Kiyevdə rəsmi açılış mərasimi olub.
ARDNŞ prezidenti Rövnəq Abdullayev mərasimdə çıxış edərkən deyib ki, əsas məqsəd Ukrayna bazarının öyrənilməsidir. "Bizi Ukraynanın marketinq bazarı, burada Azərbaycanın neft məhsullarının satışı maraqlandırır", - Rövnəq Abdullayev belə deyib.
Onun sözlərinə görə, Azərbaycan, neftinin Ukrayna NEZ-ində yenidən istehsalını nəzərdə tutduğu kimi, neft məhsullarının da bu ölkədə satışı imkanlarını nəzərdən keçirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]