...

Türkiyə enerji layihələri üzrə Azərbaycan ilə qarşılıqlı anlaşmanın əldə olunmasına ümid edir – XİN rəhbəri

Energetika Materials 22 Oktyabr 2009 16:31 (UTC +04:00)
Türkiyə enerji layihələri üzrə Azərbaycan ilə qarşılıqlı anlaşmanın əldə olunmasına ümid edir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bakıda bildirib. "Müzakirələr hələ davam edir. Mən ümid edirəm ki, ümumilikdə bu məsələ həll olunacaq", - cümə axşamı Davudoğlu jurnalistlərə deyib.
Türkiyə enerji layihələri üzrə Azərbaycan ilə qarşılıqlı anlaşmanın əldə olunmasına ümid edir – XİN rəhbəri

Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir R.Hafizoğlu/

Türkiyə enerji layihələri üzrə Azərbaycan ilə qarşılıqlı anlaşmanın əldə olunmasına ümid edir. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bakıda bildirib. "Müzakirələr hələ davam edir. Mən ümid edirəm ki, ümumilikdə bu məsələ həll olunacaq", - cümə axşamı Davudoğlu jurnalistlərə deyib.

Bakı ilə Ankara Azərbaycan qazının Türkiyə ərazisindən Aİ ölkələrinə tranziti məsələsini müzakirə edirlər. Bundan başqa, Cənubi Qafqaz qaz kəməri ilə bu ölkəyə satılan "Şahdəniz" qaz yatağından çıxarılan qazın qiyməti məsələsi müzakirə olunur.

Türkiyənin xarici işlər naziri QDİƏT-in iclasında iştirak etmək üçün Bakıdadır.

"Türkiyə özünün və Azərbaycanın QDİƏT-də iştirakını yüksək qiymətləndirir. Biz Azərbaycanı Xəzər dənizindən Qara dənizədək olan ərazidə strateji cəhətdən mühüm ölkə kimi qiymətləndiririk", - Davudoğlu deyib.

Onun sözlərinə görə, QDİƏT üzv ölkələrin iqtisadi yaxınlaşması baxımından vacib təşkilatdır.

İclasda Azərbaycan, Bolqarıstan və Türkiyəni XİN rəhbərləri Elmar Məmmədyarov, Rumiana Jeleva və Əhməd Davudoğlu təmsil edəcəklər. Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Andrey Denisov rəhbərlik edəcək.

Ermənistan, Yunanıstan, Gürcüstan, Rumıniya, Serbiya və Ukrayna XİN rəhbərlərinin müavinləri səviyyəsində təmsil olunacaq. Albaniya XİN-in baş katibi, Moldova isə dövlət naziri səviyyəsində təmsil olunur.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Qara dəniz sahili və Cənubi Balkanların 12 ölkəsini birləşdirən təşkilatdır. QDİƏT 1 may 1999-cu ildə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı müqaviləsi bazasında təsis olunub. Təşkilatın qərargahı İstanbulda yerləşir. Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna QDİƏT-in üzvüdürlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti