...

ARDNŞ Gürcüstanda bir neçə YDS istismara verməyi planlaşdırır

Energetika Materials 5 Noyabr 2009 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir E.İsmayıolv/

ARDNŞ-nin törəmə müəssisəsi olan SOCAR Energy Georgia şirkəti Gürcüstanda noyabr ayında şirkətin brendi altında 2-3 yanacaqdoldurma stansiyasını (YDS) istismara verməyi planlaşdırır. Bu barədə SOCAR Energy Georgia-dakı mənbədən bildirilib.

"YDS-lərin tikintisi üzrə işlər davam edir. Bu ay ərzində 2-3 stansiyanın istismara verilməsi planlaşdırılır", - mənbədən deyilib.

Mənbə daha əvvəllər ilin sonunadək 7-yə yaxın YDS-in istismara veriləcəyini bildirmişdi.

Oktyabrın 123-də Gürcüstanda ARDNŞ-nin növbəti YDS-i istismara verilib. Bu stansiya Tbilisidən ölkənin qərb regionlarına aparan yolda yerləşir.

Hazırda Gürcüstanda ARDNŞ-nin 25 YDS-i var. SOCAR Energy Georgia şirkətinin rəhbəri Mahir Məmmədov bir müddət əvvəl bu rəqəmin 30 olacağına dair məlumat vermişdi.

"Bizim planlarımız çoxdur, istəyirik ki, şirkətimiz pərakəndə satış sahəsində birinci yer tutsun və bir neçə il ərzində biz bu məqsədə nail olacağıq. Əgər Gürcüstandakı YDS-lərin sayı 60-70-ə çatarsa, biz bu nəticəyə yaxın olacağıq", - deyə Məmmədov bildirmişdi.

SOCAR Energy Georgia Gürcüstanın neft və neft məhsulları bazarında distribusiya və marketinq ilə məşğuldur. Şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satışını həyata keçirir.

SOCAR Georgia-nın həmtəsiçiləri ARDNŞ (51%), Petro-Trans FZCO (32,7%) və İvan Çxartişvilidir (16,3%).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti