...

Azərbaycan neftinin qiyməti noyabrın 5-də azalıb

Energetika Materials 6 Noyabr 2009 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir E.İsmayılov/

Noyabrın 5-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $77,64/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərçənbə gününə nisbətən $0,2/barel azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan "Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryol ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 5-də $78,91/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,2/barel azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal "Bakı-Novorossiysk" boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 5-də $76,57/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,25/barel azdır.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti noyabrın 5-də $78,09/barel təşkil edib. Bu, əvvəlki qiymətdən $0,21/barel azdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti