...

Türkmənistan, Qazaxıstan və Özbəkistana Beynəlxalq Qaz İttifaqına daxil olmaq təklif edilib

Energetika Materials 19 Noyabr 2009 16:58 (UTC +04:00)
1931-ci ildə yaradılmış Beynəlxalq Qaz İttifaqı (IGU - International Gas Union) Mərkəzi Asiyanın qaz hasil edən ölkələrinə - Türkmənistan, Qazaxıstan və Özbəkistana birliyin tərkibinə daxil olmağı təklif edib.
Türkmənistan, Qazaxıstan və Özbəkistana Beynəlxalq Qaz İttifaqına daxil olmaq təklif edilib

Türkmənistan, Aşqabad, 19 noyabr / Trend , müxbir H.Həsənov/

1931-ci ildə yaradılmış Beynəlxalq Qaz İttifaqı (IGU - International Gas Union) Mərkəzi Asiyanın qaz hasil edən ölkələrinə - Türkmənistan, Qazaxıstan və Özbəkistana birliyin tərkibinə daxil olmağı təklif edib.

Təklif bu gün Aşqabadda "Türkmənistanın Neft və Qazı - 2009" mövzusunda keçirilən konfransda təşkilatın baş katibi Tornşteyn İndrebo tərəfindən səsləndirilib.

Mərkəzi Asiyada ən iri qaz ehtiyatlarına Türkmənistan sahibdir.

İndrebo qeyd edib ki, infrastrukturun inkişafı şəraiti ilə yanaşı, "xarici investisiyalar sayəsində Türkmənistan dünya energetika bazarının qlobal mənzərəsinə təsir göstərə bilər".

IGU bir çox ölkələrin qaz-sənaye təşkilatlarını və müəssislərini özündə birləşdirir. Əsas istiqamətləri qaz hasilatı, nəqli, saxlanması, paylanması və istifadəsidir.

Hər üç ildən bir IGU-nun himayəsi altında Dünya Qaz Konqresi keçirilir. Burada tədqiqatların nəticələri, enerji istehsalının ətraf mühitə təsiri, qazın saxlanması, nəqli, yayılması və istehlakı, qaz sahəsinin inkişaf perspektivləri kimi məsələlər təqdim edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti