...

Külək enerjisi istehsalı üçün Azərbaycanda texnologiya parkının inşasına başlanılıb

Energetika Materials 20 Noyabr 2009 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir E.İsmaylov/

Almaniyanın Mitaki GmbH şirkəti Azərbaycanda Xızı rayonu ərazisində (Yeni Yaşma) külək enerjisi istehsal etmək üçün texnologiya parkının inşasına başlayıb. Bu barədə hökumətdəki mənbədən deyilib. Parkın tikintisinin 2010-cu ilin payızında başa çatdırılması planlaşdırılır.

"Almaniya şirkəti tərəfindən külək parkının inşasına bu yaxınlarda başlanılıb. Avadanlıqlar Almaniyadan artıq yola salınıb, avadanlıqların göndərilməsi uzunsürən və çətin prosesdir. Hazırda bünövrənin hazırlanması üçün betontökmə işləri gedir", - mənbə deyib.

Mənbənin dediyi kimi, külək parkının inşasını həmin şirkət həyata keçirir. İnşa işləri gələcəkdə parkı istifadə edəcək Azərbaycan şirkəti üçün aparılır. Alman şirkəti yeni parkın tikinti işlərini aparır, bütün avadanlıqları qaydaya salır, həmçinin ilkin mərhələdə istismar prosesində iştirak edəcək. Gələcəkdə Azərbaycan şirkəti Almaniya şirkətinin qoyduğu vəsaitin geri qaytarılmasını həyata keçirəcək. Mənbə qoyulmuş vəsaitin qaytarılması və istismar mexanizmini təfərrüatı ilə açıqlamayıb.

"Tikintini və ilkin istismarı Almaniya şirkəti həyata keçirəcək. Lakin nəticədə parkın sahibi Azərbaycan şirkəti olacaq. Təbii ki, pulların geri qaytarılması prosesi də qaydasına salınacaq", - mənbə əlavə edib.

"Yeni külək parkının inşası 100 milyon avrodan artıq qiymətləndirilir", - mənbə deyib.

Bir müddət əvvəl işlənilən parkın elektrik enerjisini "Sumqayıtelektrikşəbəkə" ASC-nin satacağı güman edilirdi, lakin bir halda ki, bu struktur "Azerenerji" ASC-nin (Azərbaycanda elektrik enerjisi istehsalçısı və paylayıcısı) tərkibinə daxil olub, deməli, elektrik enerjisini məhz "Azerenerji" satacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti