Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir A.Bədəlova/
Bakıda Qazaxıstan və Azərbaycan nümayəndələri qazax neftinin nəqli üçün Azərbaycana imkan verəcək mövcud və gələcək infrastrukturların istifadəsi haqqında danışıqlar aparacaq. Bu barədə cümə günü ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndəsi deyib. Əvvəl tərəflər "Bakı-Qara dəniz neft kəmərinə dair əməkdaşlıq haqqında" memorandum imzalayıblar.
ARDNŞ nümayəndəsinin dediyi kimi, Qara dənizə neft nəql etmək üçün Azərbaycan, Rusiyanın "Transneft" şirkəti ilə müqaviləyə nail olunacağı təqdirdə, digər istehsalçıların neftini nəql etmək üçün istifadə edə biləcək. Hazırda "Bakı-Supsa", "Bakı-Novorosiysk" boru kəmərləri infrastrukturlarının lazımi inkişafı nəzərdən keçirilir.
Azərbaycan Gürcüstanın Qara dənizdəki Kulevi limanına, o cümlədən Qara dənizdəki digər limanlara neft nəql edilməsi üçün həmçinin dəmiryol infrastrukturunun lazımi inkişafını nəzərdən keçirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]