İran və Rusiya arasında 4 əməkdaşlıq sazişi imzalanıb. Sənədləri İranın xarici işlər naziri Mənuçöhr Müttəki və Rusiyanın energetika naziri Sergey Şmatko imzalayıb. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.
Beş işçi qrup tərəfindən hazırlanmış sənədlər ümumilikdə17 fəsil və120 maddədən ibarətdir.
Sənədlər iki ölkə arasında müştərək komissiyanın yaradılmasını, İran Neft Nazirliyi ilə Rusiyanın Energetika Nazirliyi, eləcə də iki ölkənin Rabitə nazirlikləri və şirkətləri arasında əməkdaşlığı nəzərdə tutur.