...

Azərbaycan boru prokat zavodu məhsullarının Avropa bazarlarına tədarükünə dair eksklüziv razılaşma imzalayıb

Energetika Materials 3 Dekabr 2009 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın "Azərboru" boru prokat zavodu "Staro Avstria" şirkəti ilə Avropa bazarlarında boruların eksklüziv satışına dair protokol imzalayıb. Bu barədə zavodun kommersiya departamentinin rəhbəri Azər Məmmədov cümə axşamı bildirib. Protokola əsasən, zavod hər il 10 min tonluq tədarük həyata keçirəcək.

"2009-cu ilin avqust ayında şirkət sifariş əsasında Almaniyaya EN 10210 standartları üzrə boru ixrac edib və məhsulda çatışmazlığın olmaması sayəsində bu şirkət yeni sifarişlər edib", - Məmmədov deyib.

2009-cu ilin əvvəlindən etibarən müəssisə Moody International şirkəti tərəfindən aparılan yoxlamalar zamanı təsdiq edilən ISO 9001-2008 keyfiyyətli idarə sistemi üzrə fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti