...

STRATFOR eksperti "Nabukko" layihəsinin hazırkı mərhələdə reallığına inanmır

Energetika Materials 4 Dekabr 2009 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbirlər N.Boqdanova, A.Bədəlova/

"Nabukko" qaz kəməri layihəsi dəyər, müddət və texnologiya baxımından baş tutmayan arzudur. ABŞ-ın STRATFOR mərkəzinin analitik şöbəsinin müdiri Reva Bxalla belə hesab edir.

"Hazırda mən "Nabukko"ya əsasən siyasi boru kəməri kimi baxıram", - Bxalla Trend -a bildirib.

Onun sözlərinə görə, Rusiya Mərkəzi Asiya ölkələrində böyük nüfuza malikdir. Bundan əlavə, Bxallanın fikrincə, Türkiyə Qərbin dəstəyini möhkəmlətmək üçün "Nabukko" layihəsini dəstəkləyəcək və qarşılıqlı anlaşma memorandumu imzalayacaq.

"Lakin eyni zamanda, Türkiyə öz mövqeyini dəyişərək Rusiya ilə "Mavi axın 2" layihəsi üzrə enerji razılaşması imzalaya bilər", - Bxalla deyib. "Mavi axın 2" layihəsi "Mavi axın"la paralel olaraq yeni qaz kəməri xəttinin, Türkiyə ərazisində qaz-nəqliyyat infrastrukturunun və sonra İsrail istiqamətində dəniz qaz kəmərinin inşasını nəzərdə tutur.

Avstriyanın OMV şirkətinin baş direktoru Volfhanq Ruttenstorferin sözlərinə görə, "Nabukko" boru kəməri üçün qaz iqtisadi faktorların stabilləşməsi halında gələn il alına bilər. Energy Intelligence Group Ruttenstorferə istinadən yazır ki, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsindən əldə edilən Azərbaycan qazının potensial istehlakçıları arasındakı müzakirələr, həmçinin İraqdakı daxili çəkişmələr tədarük məsələsinin həllinin gecikməsinə gətirib çıxara bilər.

"Bu olmadan potensial istehlakçılar üçün "open season" prosesi irəliləyə bilməz. Əgər 2010-cu ildə qəti investisiya qərarı qəbul edilməsə, boru kəməri ilə 2014-cü ildə qaz tədarükü başlaya bilməyəcək", - Ruttenstorfer deyib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracını nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti