...

Türkmənistan və İran prezidentləri ilə danışıqlar səmərəli keçib – türkiyəli nazir

Energetika Materials 7 Yanvar 2010 11:11 (UTC +04:00)
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və İran Prezidenti Mahmud Əhmədinejadla görüşüb.
Türkmənistan və İran prezidentləri ilə danışıqlar səmərəli keçib – türkiyəli nazir

Azərbaycan, Bakı, 07 yanvar / Trend /

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız Aşqabadda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla və İran Prezidenti Mahmud Əhmədinejadla görüşüb. Məlumatı Anadolu informasiya agentliyi yayıb.

Görüşlərdən sonra Taner Yıldız bildirib ki, Türkmən qazının Türkiyəyə tədarükünə dair danışıqlar səmərəli keçib.

"Bu, həm qaza olan tələbatımızı ödəmək, həm də Nabukko layihəsinin qazla təmin olunması üçün çox səmərəli görüş olub", - o deyib.

Taner Yıldız çərşənbə günü həmçinin Türkmənistan və İranın energetika və neft sənayesi nazirləri ilə görüş keçirib və Türkmənistanın Dövlətabad yatağından İranın Xangiran mədəninə kimi çəkilən qaz kəmərinin açılış mərasimində iştirak edib.

Xəbər lenti

Xəbər lenti