...

Bakıda qaz istehlakı artacaq

Energetika Materials 26 Yanvar 2010 12:17 (UTC +04:00)
Yanvarın 25-nə olan məlumata görə, "Azəriqaz" İstehsalat Birliyi yanında "Bakqaz" İdarəsinin (Bakıda qazın paylanması və satışı) Bakının qaz sisteminə sutkalıq qaz verilişi 11,5 milyon kubmetr qaz təşkil edib.
Bakıda qaz istehlakı artacaq

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir E.İsmayılov/

Yanvarın 25-nə olan məlumata görə, "Azəriqaz" İstehsalat Birliyi yanında "Bakqaz" İdarəsinin (Bakıda qazın paylanması və satışı) Bakının qaz sisteminə sutkalıq qaz verilişi 11,5 milyon kubmetr qaz təşkil edib. Bu barədə cümə günü idarədəki mənbə deyib.

"Hazırkı hava şəraiti ilə əlaqədar olaraq bu gün istehlak olunan qazın həcmi barədə danışmaq çətindir, lakin ötən günün yekunlarına görə, bu göstərici 11,5 milyon kubmetr qaz təşkil edib", - mənbə deyib.

Onun sözlərinə görə, Bakıda havaların kəskin soyuması və qar yağması ilə əlaqədar olaraq bu gün paytaxtda qaz istehlakının səviyyəsi 12-12,5 milyon kubmetrə çata bilər.

Bakının qaz sisteminə sutkalıq qaz verilişi 11 milyon kubmetri keçir, daha dəqiq desək, 11,49 milyon kubmetr qaz təşkil edir", - mənbə deyib.

Mənbənin əvvəl dediyi kimi, 2009-cu ildə "Bakqaz" İdarəsi Bakı şəhərinin qaz sisteminə təxminən 2,45 milyard kubmetr qaz ötürüb ki, bu da praktiki olaraq 2008-ci ildəki göstərici ilə eynidir. Ötən ilin dekabrında Bakının qaz sisteminə təxminən 317,5 milyon kubmetr qaz verilib, 2008-ci ilin analoji dövründə isə bu göstərici 334,4 milyon kubmetr təşkil edib.

Azərbaycan paytaxtında yay mövsümündə qaz istehlakı təxminən 3-4 milyon kubmetr qaz təşkil edir, qış mövsümündə isə bu göstərici 10-13 milyon kubmetr səviyyəyə çatır.

Xəbər lenti

Xəbər lenti