Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir E.İsmayılov/
2009-cu ilin yekunları üzrə Gürcüstanın Neft Məhsulları İstehsalçıları, İdxalçıları və İstehlakçıları Birliyi ARDNŞ-nin Kulevidəki Qara dəniz Neft Terminalını ən yaxçı infrastruktura sahib olan terminal elan edib.
Terminal artıq ikinci dəfədir bu nominasiyaya layiq görülür.
Kulevidəki neft terminalı öz işinə 2008-ci ilin yayında başlayıb. Terminalın ümumi yükboşaltma gücü üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxil olmaqla, ildə 10 milyon ton neft-maye yükü təşkil edir. Rezervuar parkının ümumi həcmi 320 min kubmetr təşkil edir. Bu rəqəmi 380 min kubmetrədək artırmaq mümkündür.