...

ABŞ "Nabukko" layihəsində çox maraqlıdır – amerikalı ekspert

Energetika Materials 24 Fevral 2010 18:22 (UTC +04:00)
ABŞ "Nabukko" qaz kəməri layihəsində çox maraqlıdır. Bunu ABŞ senatoru Riçard Luqarın xüsusi müşaviri Neyl Braun Trend Capital-a deyib.
ABŞ "Nabukko" layihəsində çox maraqlıdır – amerikalı ekspert

ABŞ, Vaşinqton, 24 fevral / Trend , müxbir N.Boqdanova/

ABŞ "Nabukko" qaz kəməri layihəsində çox maraqlıdır. Bunu ABŞ senatoru Riçard Luqarın xüsusi müşaviri Neyl Braun Trend -a deyib.

"Nabukko" qaz kəməri çox möhkəm enerji təhlükəsizliyi layihəsi olacaq. Biz energetika sektoruna qarşı prioriteti möhkəmləndirməliyik. Lakin hazırda ən əsas məsələ Azərbaycan və Türkiyəni qaz tədarükünə dair qərar qəbul etməyə təşviq etməkdir", - Braun deyib. Hazırda Azərbaycan və Türkiyə Xəzər qazının Avropaya tədarük edilməsi üçün tranzit müqaviləsi bağlamağa dair danışıqlar aparır.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" kəməri ilə Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Braunun dediyi kimi, ABŞ enerjidaşıyıcılarının qiymət stabilliyində və aşağı qiymətlərdə maraqlıdır.

"Biz həmçinin Mərkəzi Asiyada iqtisadi cəhətdən stabil ölkələr görmək istəyirik, çünki onların hər biri güclü və müstəqil olublar", - Braun deyib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi demokratik konsolidasiya üçün və Şərqi Avropa ölkələrinin inkişafı üçün əhəmiyyətlidir.

"Həmçinin etibarlı enerji tədarükünü inkişaf etdirmək lazımdır. Bu, iqtisadi artım və digər amillər baxımından Avropa üçün mühümdür", - Braun deyib.

Xəbər lenti

Xəbər lenti