...

Yanvarda Azərbaycanda dəmiryolla neft yüklərinin daşınması artıb

Energetika Materials 26 Fevral 2010 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend , müxbir E.İsmayılov/

Yanvarda Azərbaycanda dəmiryol nəqliyyatı ilə 984 min ton neft yükləri daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 26,3 faiz çoxdur. Bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-dəki mənbə məlumat verib.

"Ötən ay dəmiryolla Bakıdan 984 min ton neft və neft məhsulları yola salınıb ki, bu da ötən ilin yanvar ayının analoji göstəricisi ilə müqayisədə 126,3 faiz təşkil edir", - mənbə bildirib.

Bundan əvvəl mənbənin verdiyi məlumata görə, ötən il dəmiryolla 10 milyon tona yaxın neft yükləri daşınıb ki, bu da 2008-ci ilin analoji göstəricisindən 26 faiz azdır.

"Yanvarda Azərbaycanın dəmiryolu ilə yükdaşımalarının həcmi 1,68 milyon ton təşkil edib ki, bu da ötən ilin göstəricisindən 10 faiz çoxdur", - mənbə bildirib.

2009-cu ildə QSC-nin yükdaşımalarının həcmi 20,66 milyon ton təşkil edib. 2008-ci ildə bu rəqəm 27,4 milyon ton olub. Ən çox azalma daxili yükdaşımalarında müşahidə edilib.

Mənbənin sözlərinə görə, yanvarda QSC tərəfindən 492 min sərnişin daşınıb ki, bu da 2009-cu ilin yanvar ayının göstəricisindən 1,3 faiz çoxdur. Ötən il dəmiryolla 6,43 milyona yaxın sərnişin daşınıb.

Xəbər lenti

Xəbər lenti