...

Bu il Azərbaycanın Qaz Emalı Zavodu emal həcmini artıracaq

Energetika Materials 1 Mart 2010 19:30 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Qaz Emalı Zavodu bu il, 2009-cu ildə emal edilmiş 3,9 milyard kubmetr qaza nisbətən 4,38 milyard kubmetr qaz emal etməyi planlaşdırır. Bu barədə şirkətdən deyilib.

Azərbaycan, Bakı, 01 mart / Trend , müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Qaz Emalı Zavodu bu il, 2009-cu ildə emal edilmiş 3,9 milyard kubmetr qaza nisbətən 4,38 milyard kubmetr qaz emal etməyi planlaşdırır. Bu barədə şirkətdən deyilib.

"Ümumilikdə bu il emal nəticəsində 4,38 milyard kubmetr qaz əldə etmək planlaşdırılır və bu həcmin 98 faizi quru qazın payına düşür. Həmçinin bu il 50 min tondan çox maye məhsul istehsal etmək planlaşdırılır", - şirkətdən deyilib.

Ötən il zavodda təxminən 50 min ton maye məhsul istehsal edilib və bu həcmin 22 min tonu mayeləşdirilmiş qazın payına, 27 min tonu qaz benzininin payına düşüb. Ötən il istehsal olunmuş 3,9 milyard kubmetr qazın 3,8 milyard kubmetri quru qazın payına düşüb.

Hazırda zavodun istehsal gücü ildə 6,5 milyard kubmetr qaz təşkil edir, lakin növbəti ildə başlanılması planlaşdırılan yenidənqurma işlərindən sonra zavodun istehsal gücü ildə yeddi milyard kubmetr qaza çatacaq.

Xəbər lenti

Xəbər lenti